Bolsonaroya 27 il həbs cəzası verilib
Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaro hərbi çevrilişə cəhddə təqsirli bilinərək 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Braziliya Ali Məhkəməsinin beş hakimindən dördü Bolsonaronu təqsirli bilib, biri isə ona bəraət verib. 70 yaşlı keçmiş Prezident 2022-ci il seçkilərində solçu rəqibi Luiz İnasio Lula da Silvaya uduzduqdan sonra özünü hakimiyyətdə saxlamaq üçün sui-qəsd təşkil etməkdə ittiham olunub.
BBC
Həbibə Xankişiyeva
