“Boro” “Spygate” qalmaqalına görə “Southampton”un pley-offlardan kənarlaşdırılmasını istəyir
Middlesbrough F.C. “Spygate” qalmaqalına görə Southampton F.C. klubunun Championship pley-off finalından uzaqlaşdırılmasını tələb edib.
“Southampton” yarımfinalın cavab oyununda əlavə vaxtda “Boro”nu məğlub edərək 23 may şənbə günü Wembley Stadium stadionunda Hull City A.F.C. ilə keçiriləcək finala vəsiqə qazanıb. Lakin müstəqil komissiyanın keçirəcəyi dinləmənin nəticəsindən asılı olaraq həmin final oyununun vaxtı dəyişdirilə bilər.
BBC News
Gövhər Mehyəddinova