“Borussiya Dortmund”un baş məşqçisi: Daha böyük hesabla qalib gələ bilərdik
“Məncə, bu oyunda daha böyük hesabla qalib gələ bilərdik. İlk 10 dəqiqədə 5 zərbə vurduq. Əslində, 3-4 qol da vura bilərdik. Amma nəticədən razıyam”.
"İnformator.az" xəbər verir ki, bunu Almaniyanın “Borussiya Dortmund” klubunun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
“Çox vacib qələbə oldu. Biz oyundan razıyıq. Çox yaxşı oynadıq. Xüsusən də hücumda. Güclü komanda ilə oynadıq. Amma şanslarımız oldu, əsas şanslardan istifadə etdik.
Qarşımıza qoyduğumuz tapşırıqları yerinə yetirdik. Komandam çox yaxşı oynadı, futbolçularımdan razıyam. Bir həftədə üçüncü səfər matçımızdan qələbə ilə ayrıldıq”.