00:00:00
Yazar
Admin User
24.06.2023 14:46 243 1 dəq oxuma
Sosial

Boşanacaqlarını övladlarına telefonda dedi

Boşanacaqlarını övladlarına telefonda dedi

Kristin Baumqartnerdən boşanmaq qərarına gəldiyini açıqlayan Kevin Kostner ayrılıq xəbərini övladlarına telefonla video danışığı zamanı verib.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dancing with Wolves”, “Bodyguard” və “Perfect World” kimi filmlərin baş rol ifaçısı Kevin Kostner 8 illik evliliyinə son qoymaq qərarına gəlib.Mövzu ilə bağlı məlumat verən Baumqartner "Uzun münasibətdən sonra Las-Veqasda bir otel otağında olarkən Kevin 10 dəqiqəlik video zəng zamanı üç övladımıza ayrılacağımızı söylədi. 5 gündən sonra evə qayıdacağına baxmayaraq, onun videozəng zamanı niyə bu söhbəti etdiyini hələ də başa düşə bilmirəm." deyib.

 

Övladlarının onun üçün çox önəmli olduğunu bildirən Baumqartner bu xəbəri birlikdə və üz-üzə paylaşmağın onun üçün vacib olduğunu bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər