Boşanmaların niyə bu qədər artmasını yox, insanlar arasında toleransın niyə aşağı səviyyəyə düşdüyünü sorğulamalıyıq
“Ailə qurmaq bizə təməldən nəsil artırma ənənəsi kimi öyrədilib. Biz ailə qurmağın tək mahiyyətini nəslin davam etməsində görmüşük. Boşanmalarda da övladlar olduqdan sonra, ailələr keçinmək üçün bəhanə tapmırlar, boşanırlar”.
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova deyib. Psixoloq qeyd edir ki, bizə ilk öyrədilən nəsil artırma funksiyasını tamamladıqdan sonra, evliliyin mahiyyəti bitir.
“Amma evliliyə başqa yöndən yanaşanlar da var. Hansı ki, həmin insanlar tək olmanın yaratdığı fəsadları, övladların valideynlərdən kənar ayrı qaldıqda düşdükləri halı anlayırlar. Hazırda uzunömürlü ailələr bunlara inanandırlar. Eyni zamanda, insanın həyatda müxrəlif dönəmləri olur. Hansıki özünü tanıma, yeni mən yaratma, yeni mənin doğru olub, olmamasını sorğulama, sonrakı dönəm özünlə razılaşıb yaşamaq üçün özünə icazə verdiyin dönəmdir. Bu o deməkdir ki, insanlar hər biri digərinin bu dönəmlərdən məcburi keçə biləcəyini anlasalar, bu dönəmdə baş verən mənfi halları dərk etsələr qarşısındakılara tolerans yanaşarlar. Həyat inkişaf etdikcə insanların əqli düşünməyə toleransı azalır. Boşanmanı toleransın azalması kimi qiymətləndirə bilərik”.
Müsahib sonda əlavə edib ki, bu gün biz statistikalarla niyə boşanmaların bu qədər artdığını deyil də, insanlar arasında toleransın niyə bu qədər aşağı səviyyəyə düşdüyünü sorğulamalıyıq.
Həcər Əmiraslanlı
