00:00:00
Yazar
Admin User
24.10.2023 15:59 407 2 dəq oxuma
Sosial

Boşanmaların sayı niyə artır?

Boşanmaların sayı niyə artır?

“Son zamanlara nəzər salsaq Azərbaycanda boşanan ailələrin sayı artmaqdadır. İnsanlar demək olar ki, məşhurların da evlənib-boşanmasından nümunə götürərək, bunu adi hal hesab edirlər”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Ailə və Uşaq psixoloquAynur İsmayılova söyləyib. Psixoloq deyir ki, xəyanət bağışlanılmaz haldır.

 

“Evliliyin məsuliyyətini anlamadan bu yükün altına girməməlidir. Boşanan ailələrə nəzər salsaq, bu cütlüklər kollektiv şüur nəticəsində ailə quranlardır. Psixoloji cəhətdən hazır olmayan şəxslərin evlənib ata-ana olması gələcəkdə boşanmaya, uşağın travma yaşamasına şərait yaradı”.

 

Aynur İsmayılova qeyd edir ki, boşanan ailənin övladları da bu halı adi qəbul etməyə başlayır.

 

“Boşanma halı yaşanan ailələrin də uşaqlarında çox zaman boşanma həvəsi yaranır. Formalaşmadan qurulan yuvanın təməli də sağlam olmur”.

 

Psixoloq Gülnar Orucova isə deyir ki, boşanma halları təkcə Azərbaycanda deyil, dünyada da artıb.

 

“Evli qalmaq müddəti azalıb, əvvəlllər 10-15 il sonra nadirən boşanma hallarına rast gəlirdiksə, indi 8 ay, 1-2 ildə insanlar boşanır. Səbəblərinə nəzər saldıqda isə ailə-məişət problemləri, zorakılıqdan daha çox xəyanət motivli boşanmaların şahidi oluruq. İnsanlar bəzən təhlil etmədən gördüklərinin doğru olduğunu düşünür. Məhşurlar arasındaki boşanmaların əksəriyyəti, səbəbi tam da bəlli olmayan ayrılıqlardır. Bu hal insanların şüuruna mənfi təsir edir”.

 

Gülnar Orucova düşünür ki, məntiqlə qurulan evlilik, bir növ özünü pula satmaqdır.

 

“Evlilik varsa, onun əsasında sevgi dayanmalıdır. Sevgi olanda insanlar nələrəsə, görə güzəştə gedir. Sevgi olmayanda, hörmətdə olmaz. Belə evliliklər adətən, müddətli olur. Müddəti gəldikdə də boşanma ilə yekunlaşır. Bir çox ölkələrdə evlənmədən öncə tərəflər psixoloq müayinəsindən keçib, xarakterlərin hansı səviyyədə uyğun olduğunu araşdırırlar, amma Azərbaycanda belə bir şey yoxdur”.

 

Psixoloq əlavə edir ki, cütlüklər evlənməmişdən öncə psixoloq müayinəsindən keçməlidir.

 

“İnsanlar ailə qurarkən bir-birlərinin dünyagörüşünə önəm verməlidirlər. Əgər, onlar həyata müxtəlif pəncərələrdən baxırlarsa, nəticə uğursuzluqla sonlanacaq.

 

Fidan İbrahimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər