00:00:00
Yazar
Ayşən Səlimova
25.02.2026 21:22 61 1 dəq oxuma
Dünya Özəl

Böyük Britaniya regionda öz təsirini qoruyub saxlamaq istəyir:ŞƏRH

Böyük Britaniya regionda öz təsirini qoruyub saxlamaq istəyir:ŞƏRH

Qırğızıstanın Xarici İşlər naziri Jenbek Kulubayev Mərkəzi Asiya ölkələri və Böyük Britaniya Xarici İşlər nazirlərinin ilk görüşündə iştirak edəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, dünyanın yenidən formalaşması fonunda bir çox regionlarda dəyişikliklər artıq baş verir və ya baş verməsi gözlənilir:

 

“Böyük Britaniya regionda öz təsirini qoruyub saxlamaq istəyir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı nəticələr Avropa ölkələrini narahat etməklə yanaşı, onların maraqlarını da bölgəyə yönəldir. İlk növbədə siyasi əməkdaşlıq prioritet təşkil edir. Diplomatik əlaqələrin inkişafı digər maraq kəsb edən sahələrə də təsir göstərir. Təbii ki, həm ABŞ, həm Avropa ölkələri, həm də Rusiya regionda öz təsirini qorumaq və üstünlük əldə etmək niyyətindədir. Rusiyanın müəyyən təsir imkanlarını itirməsi Britaniya kimi Avropa dövlətlərinin bu boşluğu doldurmaq marağını artırır. Bu görüşü yeni dünya nizamının formalaşması çərçivəsində yaranan yeni diplomatik platformalardan biri kimi qiymətləndirmək olar. Hesab edirəm ki, görüşün əsas məqsədi Rusiya-Ukrayna müharibəsindən doğan siyasi zərurətlərlə bağlıdır. Belə formatlar iştirakçı ölkələrin beynəlxalq mövqeyinə də təsir göstərə bilər. Qarşılıqlı maraqlar və təhlükəsizlik məsələləri burada əsas istiqamət kimi çıxış edir”.

 

Aytac İbrahimova

#saxlamaq #təsirini #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər