00:00:00
Yazar
Zəhra Həsənova
01.04.2026 21:29 16 1 dəq oxuma
İdman

"Böyük İpək Yolu" turniri Bakıda!

"Böyük İpək Yolu" turniri Bakıda!

Bakıda keçiriləcək “Böyük İpək Yolu” beynəlxalq boks turnirinə hazırlıqlar davam edir. Aprelin 2-dən 8-dək Bakı Boks Mərkəzində təşkil olunacaq yarışda 10 ölkədən 150-yə yaxın idmançının iştirakı gözlənilir.


Mövzu ilə bağlı əməkdar idman ustası, Azərbaycanın boks üzrə ilk olimpiya medalçısı Vüqar Əkbər "İnformator.az"a açıqlamasında deyib ki, "Böyük İpək Yolu" turnirinə hazırlıqlar davam edir:


"9 komanda bu yarışda iştirak edəcək. Buna bizim milli də aiddir. Turnirin Azərbaycanda keçirilməsi yerli boksçular üçün üstünlükdür. Bu idmançılara həm stimul verir, həm də bunu hər baxışdan məqbul saymaq lazımdır ki, idmançılarımız başqa ölkələrin nümayəndələri ilə evdə vuruşacaq. Bunu başqa dillə desək, evin divarları sanki idmançılara güc verir. Komandamız hazırlaşır və özünün müsbət tərəflərini göstərməyə çalışacaq. Ümid edirik ki, nəticələrimiz də müsbət yöndə olacaq".


Zəhra Möhübbətova

#Bakı #gündəm #"Böyük İpək Yolu" turniri #Bakı Boks Mərkəzi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər