00:00:00
Yazar
Admin User
09.02.2026 16:48 37 1 dəq oxuma
Dünya

Brüsseldə siyasi böhran dərinləşir

Brüsseldə siyasi böhran dərinləşir

Belçikanın Baş naziri Bart De Vever Brüssel paytaxt regionunda 600 gündən artıqdır davam edən koalisiya dalanının ölkənin beynəlxalq imicinə və maliyyəsinə zərər vurduğunu bildirib. Onun sözlərinə görə, danışıqlarda irəliləyiş üçün ümidlər artsa da, mövcud vəziyyət ciddi narahatlıq doğurur.

 

Bazar ertəsi günü açıqlama verən De Vever deyib ki, seçkilərdən sonra 600 gündən çox vaxt keçməsinə baxmayaraq Brüssel-Paytaxt regionunda hökumətin formalaşdırıla bilməməsi Belçikanın nüfuzuna mənfi təsir göstərir.

 

Baş nazir vurğulayıb ki, ölkənin ən kiçik regionunda yaranmış uzunmüddətli siyasi böhran Belçikanın mürəkkəb institusional sistemində əsaslı dəyişiklikləri zəruri edir.


Qeyd edək ki, Brüssel-Paytaxt regionu 2024-cü ilin iyununda keçirilən seçkilərdən bəri müvəqqəti (caretaker) hökumət tərəfindən idarə olunur. Əhalisi təxminən 1,2 milyon nəfər olan regionda bu müddət ərzində fəaliyyət göstərən hökumət qurmaq mümkün olmayıb.

EURONEWS

Aysun Xanatova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər