“Braqa”lı futbolçu Rodrigo Zalazarın atası bu iddialara cavab verib
"Fenerbahçe"nin transfer gündəmində olduğu iddia edilən Rodrigо Zalazarla bağlı yeni bir son dəqiqə xəbəri yayılıb.Portuqaliyanın “Braqa” klubunun formasını geyinən 26 yaşlı futbolçu Rodrigо Zalazarın atası, oğlunun transferi haqqında danışıb.
Zalazarın atası açıqlamasında belə deyib: “Mənim bildiyim, medianın və insanların dedikləridir. Biz heç nə bilmirik, sadəcə söz-söhbətlər var. Rodrigo bu mövsüm “Braqa”ya fokuslanıb.”
Mənbə:Haberler
Mələk Nəsirli
