00:00:00
Yazar
Admin User
25.10.2025 13:17 117 1 dəq oxuma
İdman

Braziliyalı futbolçu El Clásico-da iştirak etməyə bilər

Braziliyalı futbolçu El Clásico-da iştirak etməyə bilər

Braziliyalı hücumameyilli yarımmüdafiəçi Raphinha yenidən zədələndiyi üçün İspaniya La Liqasının 10-cu turunda "Real Madrid"lə oyunu buraxa bilər. Hazırda 24 xalla "Real Madrid" turnir cədvəlinə başçılıq edir.

 

İdman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Rafinya “Barselona” üçün əhəmiyyətli futbolçudur:

 

“Komandanın əsas liderlərindən biridir, önəmi çox böyükdür. Ötən il “Barselona”nın uğurlarında Rafinyanın müstəsna xidməti var. Onun yoxluğunda Reşford oynaya bilər və ya başqa bir futbolçunu qoya bilərlər. Amma El Klasiko-da Rafinya oynamasa, hazır olmasa, bu, “Real” üçün üstünlük, “Barselona” üçün isə böyük itki olacaq. Ümumi El Klasiko-dan gözlənti odur ki, ötən il “Barselona” daha yaxşı idi. Bu il komandada bir eniş var. Zədələrin də təsiri var və bu il “Real” daha yaxşı görünür. “Barselona” çempionatda çətinliklə qələbə qazanır. “Real”da isə Xabi Alonso-nun gəlişindən sonra daha inamlı, yaxşı oyun görürük. Bu El Klasiko-nun favoritinin “Real Madrid” olacağı düşünülür”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər