Braziliyalı qapıçı Ederson Moraes karyerasını Türkiyədə davam etdirəcək
İddialı transfer çərçivəsində təcrübəli qolkiper Fənərbaxçaya daimi keçid edib.
2017-ci ildə “şəhərlilər”ə qoşulan Ederson, bu illər ərzində Pep Qvardiolanın komandasının vacib üzvlərindən biri olub. O, City ilə birlikdə bir neçə dəfə Premyer Liqa çempionu, Çempionlar Liqasının qalibi, həmçinin müxtəlif kubokların sahibi olub. Komandadakı dəqiq ötürmələri, oyunu arxadan qurmaq bacarığı və refleksləri ilə Ederson dünyanın ən yaxşı qapıçılarından biri kimi tanınıb.
Fənərbaxça tərəfi isə bu transferlə həm Türkiyə Super Liqasında, həm də avrokuboklarda iddiasını daha da artırmış olur. Klub rəhbərliyi və azarkeşlər Edersonun komandaya böyük güc qatacağına inanır.
Mütəxəssislər hesab edir ki, Edersonun gəlməsi ilə Fənərbaxça həm müdafiədə etibarlılığını artıracaq, həm də Avropa səhnəsində daha güclü rəqibə çevriləcək.
BBC Sport
Nərmin Aslanzadə
