00:00:00
Yazar
Admin User
22.01.2026 15:16 55 2 dəq oxuma
Dünya

Britaniya Qrenlandiya məsələsində Trampın təzyiqlərinə boyun əyməyəcək

Britaniya Qrenlandiya məsələsində Trampın təzyiqlərinə boyun əyməyəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-nin Qrenlandiyanı əldə etməklə bağlı tələblərinə qarşı mövqeyindən geri çəkilməyəcəyini bəyan edib. O, bu məsələdə ABŞ Prezidenti Donald Trampın təzyiqlərinə boyun əyməyəcəklərini bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ və Avropa arasında gərginliyin yeganə səbəbi Qrenlandiya məsələsi deyil:

 

“ABŞ-də Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa arasında gərginlik artıb. Bunun əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli mövqelər idi. ABŞ müharibənin bitməsinə çalışır, Avropa isə onun uzanmasına çalışır. Bu fərqli mövqelər Şərqi Avropa regionu ilə bağlı olsa da, əslində, bütövlükdə dünyanın təhlükəsizlik arxitekturasına təsir edə biləcək qədər mühüm məsələdir. Çünki burada enerji, təhlükəsizlik və iqtisadi məsələlər var. Yəni bunlar təkcə Şərqi Avropa ilə bitəcək məsələlər deyil, fikir ayrılıqlarıdır. Qrenlandiya ilə bağlı bu ziddiyyətlər, eləcə də Trampın Qrenlandiya ilə bağlı iddiaları gərginliyi daha da artırıb. Düşünürəm ki, Vaşinqtonla Avropa paytaxtları arasında gərginlik getdikcə artmağa davam edəcək ki, bu da perspektivdə hətta NATO-nun dağılmasına gətirib çıxara bilər. Amma Avropa bu gün çox zəifləyib. Avropa faktiki olaraq təhlükəsizlik baxımından ABŞ-dən asılı vəziyyətdədir. İqtisadi baxımdan isə çöküb və Rusiyadan aldığı ucuz enerji hesabına, belə demək mümkünsə, yaşayır. Sabah Şərqi Avropadakı müharibə bitsə, Rusiya Avropaya enerjini indiki kimi ucuz satmayacaq, baha satacaq. O zaman Avropanın vəziyyəti daha da ağırlaşacaq. Yeri gəlmişkən, Avropa həm də buna görə Rusiya–Ukrayna müharibəsinin bitməsini istəmir. Avropa ilə bağlı Avropanın özündə də yekdil fikir yoxdur. Bəzi dövlətlər fərqli cür yanaşırlar, digərləri fərqli. Bu da onu göstərir ki, Avropa dövlətləri artıq təşvişə düşüblər, öz taleləri barədə düşünürlər. Məncə, Qrenlandiya ilə bağlı məsələ getdikcə şişəcək və böyüyəcək. ABŞ Qrenlandiya ilə bağlı iddialarından əl çəkməyəcək və bu da gərginliyi daha da artıracaq”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər