00:00:00
Yazar
Admin User
11.01.2026 14:57 75 1 dəq oxuma
Dünya

Britaniya "X" platformasını qadağan etməyi müzakirə edir

Britaniya "X" platformasını qadağan etməyi müzakirə edir

 

Böyük Britaniya hökuməti Avstraliya və Kanada ilə birlikdə X sosial şəbəkəsinə çıxışın beynəlxalq səviyyədə qadağan edilməsi imkanını müzakirə edir.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "GB News" telekanalı mənbələrə istinadən məlumat yayıb.


Məlumata görə, London "X" platformasına inteqrasiya olunmuş süni intellekt əsaslı Grok çat-botundan narahatdır. Bildirilir ki, bu bot istifadəçi sorğuları əsasında qadınlar və uşaqlarla bağlı açıq-saçıq görüntülər yarada bilir. Telekanalın məlumatına görə, Avstraliya və Kanada hakimiyyətləri də Böyük Britaniyanın baş naziri Kir Starmerin bu narahatlıqlarını bölüşür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər