00:00:00
Yazar
Elmira Ağayeva
15.06.2026 20:43 15 1 dəq oxuma
Dünya

Britaniyada 16 yaşdan kiçiklərə sosial media qadağası

Britaniyada 16 yaşdan kiçiklərə sosial media qadağası

 

Böyük Britaniyada 2027-ci ilin yazından etibarən 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsi qadağan ediləcək. Bu barədə Baş nazir Keir Starmer bildirib.

Onun sözlərinə görə, sosial media asılılıq yaradır, uşaqların xoşbəxtliyinə və psixi sağlamlığına mənfi təsir göstərir, həmçinin kiberzorakılıq və təqiblərə şərait yaradır.

Hökumət bu sahədə Avstraliya  modelini əsas götürəcək. Oxşar qadağa burada 2025-ci ilin dekabrından qüvvədədir və bir sıra platformaları əhatə edir. Qaydaları pozan texnologiya şirkətləri böyük məbləğdə cərimələrlə üzləşə bilər.

Qadağa mesajlaşma tətbiqlərinə şamil olunmayacaq, romantik ünsiyyət üçün nəzərdə tutulan süni intellekt çatbotlarından isə yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər.

Tass 
Ədilə Hüseynzadə

#gündəm #azərbaycan #qadağası #yaşdan #sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər