00:00:00
Yazar
Admin User
15.08.2025 17:12 72 1 dəq oxuma
Dünya

Britaniyada iki təyyarə toqquşub

Britaniyada iki təyyarə toqquşub

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.

"İnformator.az" BBC-yə istinadla xəbər verir ki, Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys üzrə təyyarələr hərəkəti zamanı bir-birinə toxunub.

Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər