Britaniyalı kişi İran raketlərini çəkdiyi iddiası ilə Dubayda ittiham olunub
60 yaşlı britaniyalı kişi Dubay üzərində İran raketlərini çəkdiyi iddiası ilə kibercinayət qanunları əsasında ittiham olunub. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmilərinin onun ailəsinə dəstək göstərdiyi bildirilir.
Detained in Dubai təşkilatının məlumatına görə, turist Birləşmiş Ərəb Əmirliklərində ictimai təhlükəsizliyi poza biləcək materialların yayımlanmasını və ya paylaşılmasını qadağan edən qanun əsasında saxlanılıb.
BBC News
Gövhər Mehyəddinova