00:00:00
Yazar
Zəhra Həsənova
18.09.2026 13:58 153 1 dəq oxuma
Dünya

Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Böyük Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Rusiya XİN-dən bildirilib ki, buna səbəb Böyük Britaniyanın Ukraynaya silah tədarükünü artırmasıdır:

 

"Britaniyanın Ukrayna ilə bağlı siyasəti münaqişənin uzadılması və eskalasiyasına yönəlib və siyasi nizamlanma perspektivini daha da uzaqlaşdırır. London Kiyevin əməllərində şərik mövqeyinə düşür və həmin əməllər terrorizm və hərbi cinayətlər kimi qiymətləndirilə bilər".

#baki #vəkili #britaniyanın #müvəqqəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər