00:00:00
Yazar
Zəhra Həsənova
22.09.2026 11:35 50 1 dəq oxuma
Dünya

Ukrayna xarici işlər naziri: Madyar Orbanın siyasətini davam etdirir

Ukrayna xarici işlər naziri: Madyar Orbanın siyasətini davam etdirir

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Macarıstan Baş naziri Peter Madyarın Kiyevə ünvanlanan əsassız qarşıdurma xarakterli bəyanatlarından təəccübləndiyini bildirib.


"İnformator.az" xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

 

Sibiqa qeyd edib ki, Karpat İnteqrasiya Təşəbbüsü bütün regionun inkişafına yönəlib və səkkiz Karpat ölkəsində rifahın, qarşılıqlı əlaqələrin və birgə layihələrin həyata keçirilməsinin təşviqinə xidmət edir.

 

“Macarıstanın belə qəti imtinasının səbəbləri naməlumdur”, - nazir bildirib.

 

Onun sözlərinə görə, bundan heç də az təəccüblü olmayan digər bir hadisə isə “Ukrayna və Macarıstanın enerji şirkətləri arasında ikitərəfli memorandumla razılaşdırılmış birbaşa, praqmatik və qarşılıqlı faydalı əməkdaşlığa” şübhə yaradan bəyanatların səsləndirilməsidir:

“Siyasət praqmatik ticarət əməkdaşlığına müdaxilə etdikdə bundan yaxşı heç nə çıxmır. Budapeştdən gələn son bəyanatlar bizi çaşqın vəziyyətdə qoyur. Belə təəssürat yaranır ki, Viktor Orban getsə də, onun bloklama və təcrid siyasəti çiçəklənməkdə davam edir”.

#naziri: #orbanın #gündəm #madyar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər