00:00:00
Yazar
Admin User
19.09.2025 19:07 108 1 dəq oxuma
İdman

Brunu Lajenın “Qarabağ”a məğlubiyyətdən sonra istefası

Brunu Lajenın “Qarabağ”a məğlubiyyətdən sonra istefası

"Benfica" klubu rəsmi açıqlama ilə təsdiqləyib ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Bakının “Qarabağ” FK-na 3–2 hesablı sensasion ev məğlubiyyətindən sonra baş məşqçi Bruno Laje ilə yollarını ayırıb.

 

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov “İnformator.az”a açıqlamasında bu qərarın uzunmüddətli gedişatın nəticəsi olduğunu vurğulayıb:

 

“Bruno Lajenin xal toplamaqda çətinlikləri vardı. Qarabağla məğlubiyyət sadəcə son damla oldu. Son aylarda "Benfica" ardıcıl uduzmalarla azarkeşləri və rəhbərliyi narahat edirdi. Komandada oyunçular arasında fikir ayrılıqları yaranmışdı. Bu səbəbdən klub rəhbərliyi dəyişiklik qərarı verdi. “Qarabağ”ın uğuru Azərbaycan futbolu üçün mühüm mesajdır. Klub rəhbəri olaraq Riu Kosta da etiraf etdi ki, "Qarabağ"ın heyətində Portuqaliyanın birinci liqasında oynamış futbolçular var. Bu, göstərir ki, davamlı şəkildə yüksək səviyyəli turnirlərdə çıxış etmək kiçik klubların belə böyük arenalarda uğur qazanmasına yol aça bilər. Tək bir qələbə Avropa futboluna təsir etməsə də, ardıcıl uğurlar və liqalarda mütəmadi iştirak böyük dəyişikliklər yarada bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər