00:00:00
Yazar
Admin User
05.07.2023 07:58 210 2 dəq oxuma
Sosial

Bu beş saat qaydası hər kəsi uğura aparır

Bu beş saat qaydası hər kəsi uğura aparır

Bu beş saat qaydası hər kəsə uğur qazandıra bilər.

 

İnformator.az xarici mediaya istinadən bildirir ki, dünyada bir çox uğurlu insanın tətbiq etdiyi beş saat qaydası sayəsində müvəffəqiyyət nisbətinizi artıra bilərsiniz!

 

Hər gün daha çox işləyirsiniz, amma heç bir irəliləyiş əldə etmədiyinizi müşahidə edirsiniz? Eyni səviyyədə ilişib qaldığınızı hiss edirsiniz? Əgər bu suallara "bəli" cavabını verirsinizsə, bu məlumatlar sizin üçündür.

 

Beş saat qaydası həftədə beş saat və ya hər iş gününün bir saatını məqsədli öyrənməyə həsr etmək deməkdir. Bütün diqqətinizi digər tapşırıqlarla qarışdırmadan öyrənməyə verə bilərsiniz. 

 

Oxuyun
Kitab oxumaq ən uğurlu insanların əsas vərdişlərindəndir. Çantanızda hər zaman bir kitab olduğundan əmin olun, oxumaq üçün hədəflər qoyun. Məsələn, gündə bir fəsil oxumağı və ya müəyyən sayda səhifə oxumağı hədəfləyə bilərsiniz. Günümüzdə texnologiya sayəsində hətta kitabları planşet və telefonlara yükləyib istədiyiniz yerdə və zamanda oxumaq imkanınız var.


Əksettirmə
Əksettirmə öyrənmədə mühüm addımdır. Əgər siz öyrəndiyiniz məlumatlar üzərində düşünməsəniz, bu məlumat sizi yorğun hiss etdirəcək. Öyrəndikləriniz üzərində düşünmək üçün vaxt təyin edin. Məsələn, öyrəndiklərinizi qeyd edəcəyiniz bir dəftəriniz olsun.


Təcrübə
Təcrübə həyatda irəliləyiş üçün vacib bir yoldur. Yeni nəzəriyyələri və ideyaları sınaqdan keçirmək, nə qədər təhlükəli olsa da, son dərəcə vacibdir. Hazırda dünyada istifadə etdiyimiz ən böyük ixtiralar, bütün faydalı alətlər qeyr-adi ideyaların sınanması nəticəsində kəşf olunub. Yenilik eyni şeyi dəfələrlə təkrarlamaq deyil. Çalışdığınız hər şeyin uğursuzluğu belə sizə dəyərli fikirlər verir.

 

Öyrənməyi işlə qarışdırmayın

Bir çox hallarda iş həyatı öyrənməklə qarışdırılır. Ona görə də bəzən ikisi arasında qaldığınızı hiss edə bilərsiniz. Məsələn, düşünə bilərsiniz ki, həftədə 40 saat işləmək sizin irəliləyişiniz üçün kifayətdir. Amma bu, heç də belə deyil. Gündəlik problemlərə diqqət yetirdiyiniz zaman özünüz üçün xüsusi vaxt ayırmırsımız. Beş saatlıq qayda məhz bu məqamı nəzərdə tutur. Bu qaydaya görə öyrənmə məqsədyönlü olmalıdır. Özünüz üçün konkret məqsədlər qoyun və onlara nail olmaq üçün xüsusi vaxtlar ayırın. Bu cür davransanız, zaman keçdikcə irəliləyişi öz gözlərinizlə görəcəksiniz.

 

Məhsuldarlığa deyil, tərəqqiyə davam edin

Düşünə bilərsiniz ki, məhsuldarlıq nə qədər yüksək olarsa, bir o qədər uğurlu olarsınız. Məhsuldarlıq müvəffəqiyyətdə mühüm rol oynayır. Amma bu, ömür boyu öyrənmə demək deyil. Əgər siz daima eyni işlərə diqqət yetirirsinizsə, gözlədiyiniz irəliləyiş heç vaxt gəlməyəcək. Bunu yalnız başqa yenilikləri öyrənməyə diqqət yetirsəniz görə bilərsiniz.

 

Beş saat qaydasına əməl etmək sizin üçün həmişə asan olmaya bilər. Çünki qazanc dərhal gəlməyəcək, ancaq əmin olun! Sonra özünüzə çox təşəkkür edəcəksiniz.

 

Sayad Qoşnalıyeva

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər