Bu çempionatın başlama tarixi və reqlamenti müəyyənləşib
"Yeni mövsümdə komandaların heyətlərində dəyişikliklər belədir ki, Avrokuboka hazırlanan komandalar daha güclü heyətlə mübarizəyə başlayacaqlar: "Neftçi", "Abşeron", "Sabah".
"Neftçi" Avropa kubokunun qrup mərhələsində, "Sabah" da Basketbol Çempionlar Liqasının qrup mərhələsində, "Abşeron Lions" FİFA Avropa kubokunun təsnifat mərhələsində mübarizə aparacaq".
Bu sözləri Azərbaycan Basketbol Federasiyasından mətbuat xidmətinin rəhbəri Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, komandalar güclü heyət formalaşdırıb:
"Reqalamentdə B qrupunda 15-ci tur daxil olmaqla 3 legioner, 2 yerli basketbolçu, 16-cı turdan etibarən isə 4 legioner, 1 yerli basketbolçu parketdə olması mütləqdir. A qrupunda isə 4 legioner, 1 yerli basketbolçu mövsümün başından sonuna kimi olacaq. Çempionatın bölgələrdə oyunlarının keçirilməsi bizim əsas hədəflərimizdən biri idi, buna da nail olmuşuq. İndi Qubada oyunlar keçirilir, Lənkəranda, Gəncədə, Sumqayıtda, Abşeronda keçirilir. Hətta sonuncu Çempionatın bürünc medalçısı Şəki olub. Yəni bu basketbolun inkişafına təsir göstərir. Uşaqların basketbola marağı daha da artır, onlar azarkeş mövqeyində gəlib oyunları izləyirlər. Güclü komandaların da səfər etməsi də bir müsbət məqamdır".
Müsahibimizin sözlərinə görə, biz bunun yaxın illərdə bəhrəsini görəcəyik:
"Bu mövsümdə favorit hesab olunan klub birbaşa "Sabah"dır. Onunla rəqabət aparacaq "Neftçi" və "Abşeron" klublarının adını çəkmək olar. "Sabah"a dünya şöhrətli mütəxəssis Rimas Kurtinaytis çalışdırır. Qeyd edim ki, mütəxəssis Rimas hazırda Litva millisində Avropa Çempionatındadır".
Zəhra Möhübbətova
