00:00:00
Yazar
Admin User
23.01.2026 18:33 77 1 dəq oxuma
Dünya

Bu federasiyaya yeni vitse-prezident seçilib

Bu federasiyaya yeni vitse-prezident seçilib

Azərbaycan Üzgüçülük Federasiyasının Ümumi Yığıncağı keçirilib.

 

"İnformator.az" qurumun saytına istinadən xəbər verir ki, yığıncaqda yeni Nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.

 

Ümumi Yığıncaqda qonaq qismində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, İcraiyyə Komitəsinin və Federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.

 

ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni Nizamnaməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının Əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri olub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.

 

Qeyd edək ki, hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər