00:00:00
Yazar
Admin User
01.03.2016 06:00 431 2 dəq oxuma
Sosial

Bu gün Azərbaycanda od çərşənbəsidir

Azərbaycanda od çərşənbəsi qeyd olunur.
Bu gün Azərbaycanda od çərşənbəsidir

Azərbaycanda od çərşənbəsi qeyd olunur.

İnformator.az xəbər verir ki, od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi var.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Bu inanclar qədimdən nəsildən nəsilə ötrülərək bu günümüzə kimi gəlib çatıb.

Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür-su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Odla bağlı xeyli atalar sözü yaranıb: \"Od imandır\", \"Od düşdüyü yeri yandırar\", “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Ocağı şər vaxtı söndürməzlər”... İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır.

Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, \"Od haqqı\", \"Oda düşəsən,\" \"Ocağın odlu olsun\", \"Ocağın qazan görməsin\" və s.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər