00:00:00
Yazar
Admin User
23.02.2016 05:57 365 1 dəq oxuma
Sosial

Bu gün Azərbaycanda Su çərşənbəsidir

Bu gün Novruzun dörd çərşənbəsindən birincisi - Su çərşənbəsidir.
Bu gün Azərbaycanda Su çərşənbəsidir

Bu gün Novruzun dörd çərşənbəsindən birincisi - Su çərşənbəsidir.

İnformator.az-ın məlumatına görə, ölkəmizdə bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Təzə su, daha doğrusu, əzəl çərşənbənin sabah erkəndən köpüklənən su hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirlər. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar. Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirərlər.

Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər