00:00:00
Yazar
Admin User
11.08.2023 17:08 241 1 dəq oxuma
Sosial

BU GÜN BAKIDA 41 DƏRƏCƏ İSTİ OLUB

BU GÜN BAKIDA 41 DƏRƏCƏ İSTİ OLUB

Bu gün ölkə ərazisində ən isti və bürkülü hava şəraiti olub. Havanın temperaturu Bakıda 41, Naxçıvanda 42, aran rayonlarında 43 dərəcəyə çatıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində havanın temperaturunun hələ bir neçə gün də yüksək olacaq. Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanova avqust ayının ortalarınadək isti havan şəraitinin davam edəcəyi bildirib. “Bakıda və Abşeron yarmadasında 37-40, bəzi yerlərdə 41-42 dərəcə, Azərbaycanın rayonlarında 35-40 dərəcə, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi rayonlarında 42-44 dərəcəyədək isti olacaq. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək, suyun temperaturu 27-29 dərəcə isti olacaq”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər