00:00:00
Yazar
Admin User
21.06.2024 18:35 342 1 dəq oxuma
Sosial

Bu gün Beynəlxalq Yoqa günüdür

Bu gün Beynəlxalq Yoqa günüdür

Sağlamlıq və ruhu sakitləşdirmək üçün nəzərdə tutulan idman növlərindən biri də yoqadır. Artıq 10 ildir ki, 21 iyun Beynəlxalq Yoqa günü kimi qeyd olunur. Bu gün də Hindistanın Azərbaycandakı səfirliyi insanlar üçün yoqa təlimi təşkil edib. 

 

Yoqa alternativ tibbi müalicə metodudur. Bu zaman müxtəlif hərəkətlərdən və nəfəs alıb-vermə üsullarından istifadə olunur. Yoqa insana diqqətini toplamağa, sinir sistemini sakitləşdirməyə və fiziki ağrılarının aradan qaldırmağa kömək edir.

 

Hindistanın Azərbaycandakı səfirliyinin hər il təşkil etdiyi yoqa təlimində iştirakçılar arasında xarici ölkə vətəndaşları da var idi.Təlimdə hər yaş qrupunda olan insanlara rast gəlmək olurdu.

 

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri 2014-cü ilin dekabrında 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər