Bu gün Bərdənin işğal günüdür - TARİXDƏ BU GÜN
944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Kiyev şahzadəsi I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığını məhv edən növbəti hücuma başladı. Svyatoslavın hücumu rusların şimal-cənub ticarət yollarını əllərində tutmasının başlanğıcı oldu və bu regiounun demoqrafiyasının dəyişməsinə səbəb oldu. Basqınlar Xəzər dənizinə gedən yolu yenidən qurmaq üçün Səyyah İnqvar tərəfindən 1041-ci ildə edilən cəhdə qədər davam etdi.
Bu hadisədə rusların məqsədinin Azərbaycanda həmişəlik məskunlaşmaq olduğunu deyən tarixçi Nişanə Əliyeva: "Bərdə həmin vaxt feodal dövlət olan Salarilər dövlətinin tərkibində idi. Həmin dövrdə slavyanlar ilə mübarizə aparan Salari hökmdarı Mərzban İbn Məhəmməd idi. Burada məskunlaşmaq istəyən slavyanlar isə 944-cü ildə Bərdəyə hücum etdilər, əlbəttə bu ilk hücum deyildi. Bundan əvvəl 909,910-cu ildə də işğalçı yürüşləri olmuşdur.Həmçinin, slavyanlara tabe olmayanları cərmələyirdilər. Mərzban ibn Məhəmməd slavyanlarla savaşdı, lakin Cənubi Azərbaycanda baş verən üsyanı yatırmaq üçün oraya getdiyindən qalib gələ bilmədi".
Tarixçimiz slavyanların bu yürüşünü monqolların yürüşləri ilə bənzətdi, çünki hər ikisində səbəb Azərbaycanda möhkəmlənmək idi. Slavyanların isə burada 6 ay qaldığını deyən müsahibimiz getmə səbəblərinin isə yolxucu xəstəlik olduğunu söylədi.
Çinarə Muradova
