00:00:00
Yazar
Admin User
09.10.2023 14:48 426 2 dəq oxuma
Sosial

Bu gün cavanların sırasında gələcəyə addımlayıram

Bu gün cavanların sırasında gələcəyə addımlayıram

“Mənim sevdiyim yazarlar siyahısı kifayət qədər çoxluq təşkil edir. Düşünürəm ki, bu belə də olmalıdır. Çünki, mən yazarları oxumasaydım, onları sevməsəydim, əsərlərindən bəhrələnməsəydim oxucu adını qazana bilməzdim”.

Bu sözləri İnformator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. Şairin sözlərinə görə, insanın oxuduğu gözəl əsərlər, kitablar yoxdursa, o, heç oxucu da ola bilməz.

“Yazıçı olmaq üçün Allahın bizlərə verdiyi istedad belə bəsdir. Sonrasını özümüz qazanırıq. Bu bəlkə də Qafqaz sıra dağları qədər kütləsi olan kitab yüküdür. Bilik, savad, dünya ədəbiyyatı ilə tanışlıq, yuxusuz gecələr, dünyanı gəzə-gəzə dərketmək, bunların hər biri istedaddır. Mən həmişə demişəm ki, şair doğulurlar, amma şair olmaq da lazımdır. Şair kimi doğulmaq yetərli deyil. Allah tərəfindən bizə havayı verilən istedadın üzərinə, böyük dağ mislində öz bacarıqlarımızı da əlavə etməliyik.
Sevdiyim yazarları saysam, siyahı bitməyəcək. Amma dünya ədəbiyyatından nümunələr çəksəm, Qabriel Qarsiya Markes, Ernest Heminquey, Dostoyevski-ni xüsusilə qeyd edərdim.
Yerli ədəbiyyatımızdan da kifayət qədər bəyəndiklərim var. İlk növbədə, mərhum yazıçımız, əziz dostum Rafiq Tağı, Ramiz Rövşən, Anar, Əkrəm Əylisli, İsa Hüseynov, Kəramət, Aqşin Yenisey, Şəhriyar Del Gerani kimi adları çəkərdim. Müasir gənc yazarlar belə mənim dostlarımdı, onlarıda çox sevərək oxuyuram. Düzünü desəm, bu gün mən daha çox cavanlardan bəhrələnirəm. Çünki klassiklərdən nə lazımdı götürmüşəm, o dövrdən öyrənmək yaşım keçib. İndi cavanlardan öyrənməyə, faydalanmağa çalışıram. Bu gün cavanların sırasında, gələcəyə doğru addımlayıram”.

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər