Bu gün milli teatrımızın 150 illik yubileyidir
İnformator.az məlumat verir ki, bu gün Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur.
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da isə ilk dəfə Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.
Ərsəyə gəlməsində Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovunun rolunun əhəmiyyətli olduğu bu tamaşa ilə Azərbaycanda milli teatrının əsası qoyulub.