00:00:00
Yazar
Admin User
09.10.2023 12:06 391 3 dəq oxuma
Sosial

Bu gün orta məktəblərdə şagirdlər müəllimlərdən üstün tutulur

Bu gün orta məktəblərdə şagirdlər müəllimlərdən üstün tutulur

Azərbaycanda daim təhsillə bağlı müxtəlif,bir-birinə təzad fikirlər səslənir, müqayisəli fikirlərdən biri isə özəl və dövlət təhsil müəssisələri arasındakı fərqlərdir. Cəmiyyətdə bir qrup özəl,bir qrup isə dövlət məktəblərinə,universitetlərinə və ya bağçalarına üstünlük verir.
Bəs,təhsil sistemləri ,kadrlar arasında hansı fərqlər var?
Fərqlərin əsas səbəbi nədir?

Təhsil eksperti Elçin Murad sözügedən məsələ ilə bağlı informator.az-a açıqlama verib.
Ekspert universitetlər arasındakı fərqlə bağlı deyir ki, həm dövlət, həm də özəl universiteti bitirən tələbələrin uğurlu olmasının əsas sirri tələbənin öz üzərində işləməsidir:
"Bəzən valideynlər övladlarının özəl universitetlərdə yox, dövlət universitetlərində təhsil almalarına daha üstünlük verirlər, özəl universitetdə oxumaq yerinə, dövlət universitetində işlə təmin edilməsi çətin olan ixtisasda təhsil alsın. Ancaq bu yanlış düşüncədir. Bəzən özəl universitetlərin təhsili dövlət universitetlərindən daha yaxşı olur. Bunun səbəbi müəssisəyə müəllimlər dəvət olunur, əmək haqqı daha yüksək olur. Dövlət universitetlərində bəzi müəllimlər günün ikinci yarısında abituriyent hazırlığı ilə məşğul olur, ancaq özəl universitetlərdə müəllimlərin əməkhaqqı onları təmin etdiyi üçün onlar əlavə hazırlıqdan imtina edir".

Ekspert əlavə edir ki, həm özəl,həm də dövlət universiteti işlə təmin etmir, bitirən hər kəs dövlət qulluğu imtahanından keçir:
"Yəni, bizim ölkədə diplom formatı ən son mərhələdir,öncə onun dövlət qulluğu bilgisi,müsahibə mərhələsi ilə onun dünyagörüşü yoxlanılır, sonda isə diplom tələb edilir. Valideynlərin özəl universitetdən çəkinməsinin səbəbi Azərbaycan Beynəlxalq Universitetinin bağlanmasıdır,valideynlər düşünür ki, özəl universitet bağlanarsa, övladı kənarda qalar Bu yanlış düşüncədir, çünki Dövlət İmtahan Mərkəzinin nəticəsi ilə universitetə qəbul olan abituriyent universitet bağlansa, başqa dövlət universitetinə qeydiyyatı edilir. Beynəlxalq Universitet bağlandıqdan sonra kənarda qalan şəxslər qeyri-qanuni şəkildə qəbul olanlar idi. Lakin qanuni şəkildə qəbul olanlar universitet bağlansa da başqa dövlət universitetlərinə qeydiyyat olundular. Özəl universitetin üzərində dövlət lisenziyası, Elm və Təhsil Nazirliyinin möhürü varsa, verilən diplom hər yerdə keçərlidir. Təhsil verilmə barəsində isə hər iki univeristetdə də təhsil verilir, bəzən özəl universitetdə təhsil dövlət universitetindən daha keyfiyyətli olur".

Elçin Murad özəl və dövlət məktəblərinimdə müqayisə edib.
"Özəl və dövlət bağçalarının, məktəblərinin fərqi yenə də maddiyatla bağlıdır. Yəni, əməkhaqqı yüksək olan müəssisələrdə dərs, təlim keyfiyyəti daha yüksək olur. Biz buna "Hədəf","Kaspi" və s. kimi liseylərdə şahid oluruq. Bu liseylərdə nəzarət, dərs sistemi orta məktəblərə nisbətən daha yaxşı vəziyyətdədir. Orta məktəblərdə şagirdlərə nəzarət sistemi zəifdir, şagirdlər sinifdə dərs oxumur, davranış qaydalarına riayət etmir, müəllimlər də buna göz yumur. Çünki bir çox müəllim üçün bu əhəmiyyətli deyil, onlara önəmli olan 45 dəqiqəlik dərs vaxtının dolması, öz əlavə işləri ilə məşğul olmalarıdır".

Ekspert hesab edir ki, dövlət məktəblərində müəllimlərin maaş sistemi yaxşı olsa, onların sadəcə sertfikasiya imtahanı ilə yox, hərtərəfli bacarıqlarının yoxlanılması ilə işə götürülsə, nəzarət sistemi gücləndirilsə, bəzi direktorların rüşvətxorluğu məsələsi həll edilsə daha müsbət hal yaranar, o, şagirdlərin mənfi davranışlarınl isə başqa bir problem kimi qeyd edir.
"Bu gün orta məktəblərdə şagirdlər müəllimlərdən üstün tutulur, ancaq liseylərdə şagird qaydasızlıq edərsə, disiplinə verilir, uzaqlaşdırılır, hətta bəzən liseydən qovulur".

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər