00:00:00
Yazar
Admin User
01.10.2025 16:32 118 2 dəq oxuma
İdman

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. Qarabağ Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək.

 

Məsələ ilə bağlı idman mütəxəssisi Fuad Eldarov "İnformator.az"a açıqlamasında bildirib ki, UEFA Çempiyonlar Liqası kimi turnirdə Qarabağın iştirak etməsi onun həm təcrübə baxımından, həm də perspektiv baxımından belə desək, üfüqlərini açır:

 

"Komanda Avropada yaxşı, müsbət şəkildə tanınır. Ən azından qalib gəlsə də, məğlub olsa da, heç heçə etsə də komandanın stimulu artır, tanınma miqyası genişlənir. Ona görə də UEFA Çempionlar Liqası qitənin ən ali futbol turniridir və bu turnirdə iştirak etmək komandamızın həm bu il, həm də ki, qarşıdakı illər stimulu baxımından xeyrinədir. Eyni zamanda da maliyyə baxımından xeyrinədir ki, "Qarabağ" artıq turnirə daxil olmaq və bir qələbə qazanmaqla 20 milyondan çox bütcəni qazanan hesab olunur. "Kopenhagen" əsasən cinahlardan əks cümlərdə sürətli çıxış edən komandadır. Ona da qeyd edim ki, "Kopenhagen" kollektivi Bakıya çox yaxşı hazırlaşıb gəlib, "Qarabağ"a çətinlik yaradacağı gözlənir amma buna baxmayaraq onların oyun taktikası və stilinə nəzər saldıqda "Qarabağ" rəqibini meydanın hər mövqəyində üstəliyir. Danimarkalı azarkeşlər üçün stadionda bir sektor ayrılıb. Mən inanmıram ki, 30 minlik tutumu olan Tofiq Bəhramov stadionunda onların səsi bizim azərkeşlərimizin səsini bastıracaq. Bizim azarkeşlərimiz əlbəttə ki, komandaya psixoloji olaraq basqı göstərmək üçün əllərindən gələni əksik etməyəcəklər”.

 

Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər