00:00:00
Yazar
Admin User
29.01.2016 12:23 908 1 dəq oxuma
İdman

Bu gün Tofiq Bəhramovun 91 illiyidir

Bu gün məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun 91 yaşı tamam olur
Bu gün Tofiq Bəhramovun 91 illiyidir

Bu gün məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun 91 yaşı tamam olur.

İnformator.az xəbər verir ki,
Tofiq Bəhramov 1925-ci il, yanvarın 29-da Ağdamda anadan olub.Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə \"Spartak\"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə \"Neftyannik\"ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbol vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.

\"DÇ-1966\"nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə \"Qızıl fit\"lə yalnız baş hakimlər təltif olunurdu.
 Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası \"Qızıl fit\"i və \"Qızıl ilahə\"nin kiçik modelini həmyerlimizə təqdim etmişdi. Bəhramov haqqında sənədli film də çəkilib.


Dünya futbol tarixinə \"Qızıl fit\" almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər