00:00:00
Yazar
Admin User
09.10.2023 16:11 313 1 dəq oxuma
Sosial

Bu gün valideynlər məktəbdə hökmranlıq edir

Bu gün valideynlər məktəbdə hökmranlıq edir

“Məktəblərdə özbaşınalıq baş alıb gedir. Bu gün valideynlər məktəbdə hökmranlıq edir. Müəllim öz sözünü sərbəst şəkildə ifadə edə bilmir”.

Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Gülnar Orucova söyləyib. Psixoloq deyir ki, əgər müəllim şagirdə əl qaldırarsa, uşağın valideyni gəlib, müəllimi məktəbdə hörmətdən salar".

“Bu gün məktəbdə şagirdlərə əvvəl olduğu kimi cəzalar verilmir. İndi müəllimin söz deməyə belə haqqı yoxdur. Müəllimlik vaxt var idi çox hörmətli peşə rolunu oynayırdı. Müəllimlər yuxarı siniflərdə dərs də keçmirlər, düşünürlər ki, dərsi yola verim repetitorluqla məşğul olum. Düşünürəm ki, məktəblərdə dərs keçən elə müəllimlər var ki, maaşlarının haqqın vermir. Müəllimlər indi düşünür ki, valideyn uşağını nə vaxt yanıma hazırlığa qoyar, onda öyrədərəm. Türkiyənin təhsil sistemində belə deyil. Türkiyədə müəllim repetitorluqla məşğul olursa, məktəbdə dərs keçə bilməz. Amma bizim məktəblərdə təhsil normal səviyyədə deyil, nazirlik düzgün islahatlar tərtib etmir, müəllimlər dərs keçmir. İbtidai sinifdə nə dərs keçirilsə, odu”.

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər