00:00:00
Yazar
Admin User
20.11.2023 10:13 213 1 dəq oxuma
Sosial

Bu iki meyvə sizi demensiyadan qoruyur

Bu iki meyvə sizi demensiyadan qoruyur

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb.

 

İnformator.az xəbər verir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir ad) qoruduğu bəlli olub.

 

12 həftəlik araşdırma zamanı yüngül idrak pozğunluğu olan 30 şəxs arasında müşahidə aparılıb. 50-65 yaş arası iştirakçıların yarısına gündə çiyələk və qaragilə verilib. İştirakçıların uzunmüddətli yaddaşı, əhval-ruhiyyəsi və metabolik sağlamlığı izlənilib. Çiyələk və qaragilə yeyənlərin yaddaşında güclənmə olduğu, daha çox söz əzbərlədiyi bildirilib.

 

Təcrübə aparılan şəxslər arasında depressiya meyilliyi azalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər