“Bu il İspaniyada "Real"ın ili deyil”
İspaniyanın "Real" (Madrid) komandasının yeni baş məşqçisi açıqlanıb. Madrid kollektivini İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olan Alvaro Arbeloa çalışdıracaq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında idman jurnalisti Orxan Sübhan bildirib ki, Alvaro Arbeloanın "Real"ı düzəldəcəyinə inanmır:
“Onun məşqçilik təcrübəsi çox deyil. O, "Real"ın müxtəlif yaş qruplarından ibarət komandalarına rəhbərlik edib. Xabi Alonso daha uğurlu məşqçi idi, lakin onda alınmadı. Faiz nisbəti ilə desək, Alvaro Arbeloa 15% uğurlu ola bilər. Mənim ona ümidim azdır. Başqa namizədlər də var idi. Xüsusilə Raul - əvəzedicilərin baş məşqçisi idi. Ümid edirdik ki, nə vaxtsa "Real"ın baş məşqçisi olacaq. Arbeloanın komandanı tezliklə toparlaya biləcəyinə inanmıram”.
Zəhra Həsənova
