00:00:00
Yazar
Admin User
06.01.2026 10:36 67 2 dəq oxuma
İdman

Bu, məsələyə laqeyd və qeyri-peşəkar yanaşmanın nəticəsidir!

Bu, məsələyə laqeyd və qeyri-peşəkar yanaşmanın nəticəsidir!

Misli Premyer Liqasının 2025/2026 mövsümü debütant futbolçuların sayı ilə diqqət çəkir. Turnirdə ümumilikdə 101 oyunçu Premyer Liqada ilk dəfə meydana çıxıb ki, onların böyük əksəriyyəti legionerlərdir.

 

"Debütantların böyük hissəsinin legioner olması Premyer Liqada yerli futbolçuların durumuna müəyyən dərəcədə təsir göstərir. Bu, futbolumuzda illərlə davam edən ciddi problemlərdəndir".


Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, klublarımızın futbolçu yetişdirməkdə bacarıqsızlığı göz qabağındadır:

 

"Doğrudur, Bakıda və bölgələrdə futbol akademiyaları var. Amma onların fəaliyyəti az qala yox dərəcəsindədir və fəaliyyətsizlikdən o yana keçmir. Bu isə məsələyə laqeyd və qeyri-peşəkar yanaşmanın nəticəsidir. Nə qədər ki, peşəkarlıqdan uzaq mövcud acınacaqlı vəziyyət davam edəcək, futbolumuzda legioner debütantlar dominantlığı da davam edəcək. Müasir futbolu isə legionersiz təsəvvür etmək mümkün deyil. Dünyaca məşhur top-komandalar var ki, heyətində yerli futbolçu demək olar yoxdur. Ancaq bizim klublar hələ o səviyyədən çox uzaqdır. Azərbaycan klublarının legionerlərə, başqa sözlə, hazır məhsula üstünlük verməsi neqativ amillərlə də bağlıdır: çirkli kommersiya maraqlarını nəzərdə tuturam. Biz ixtiyarımızda olan torpaqda məhsul yetişdirib bazara çıxarmaq əvəzinə, hazır məhsul üçün bazara qaçır və şərti olaraq, 5-10 manatlıq məhsulu 50-100 manata alır, yekunda da torpağı qeyri-məhsuldarlıqda, qeyri-münbitlikdə günahlandırırıq".

 

Müsahibimizin sözlərinə görə, bunun yerinə, müasir standartlara cavab verən futbolçu yetişdiriməklə həm nəticələri yüksəltmək, həm də kluba mənfəət gətirmək mümkündür:


"Klublarımızın transfer siyasətinə diqqət yetirdikdə belə bir mənzərənin şahidi oluruq: qışda gətirilən əksər futbolçular yay transfer pəncərəsi zamanı yola salınır, yayda gətirilənlər isə qışda. Bütün bunlar klublarımızda transfer məsələlərində çirkli kommersiya maraqlarının ön planda olduğunu göstərir".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər