Bu “Nyukasl”la oyun “Qarabağ” üçün dönüş nöqtəsi deyil, təcrübə olacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Nyukasl” ilə “Qarabağ” qarşılaşacaq.
Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarov “İnformator.az”a açıqlamasında bildirib ki, Qarabağ komandası birinci oyundakı səhvlərdən maksimum yararlanacaq:
“Rəqibə hansı mövqelərdə, zonalarda boşluq verib, səhvlərə yol atıb bunların üstündə qısa müddət də olsa, işləyiblər. O səhvləri buraxmamağa çalışacaqlar. Taktiki üstünlük isə cinahlardan olacaq.Cinahlardan daha çox hücuma keçib qapısına yol tapmağa çalışacaqlar. Bu qarşılaşma Qarabağ üçün dönüş nöqtəsi yarada bilməyəcək. Yəni olsa belə bu nəinki Azərbaycan, Avropa tarixində bir dönüş nöqtəsi ola bilər. Burada dönüş nöqtəsi olmağı gözlənilmir.Dönüş nöqtəsi bir az mənəvi tərəfdən ola bilər ki, Qarabağ “pley-off”a qədər yüksəlib. “Pley-off”da hansı rəqiblərin ona düşdüyünü görüb və bundan sonra belə çətin oyunlarda nə edəcəyi ilə bağlı artıq yaxşı qərar verə biləcək. Bir növ təcrübə xarakteri daşıyır”.
Nuray Əliyeva
