00:00:00
Yazar
Mayıl Soltan
17.02.2026 21:59 26 2 dəq oxuma
İdman Özəl

"Bu oyun Qarabağ üçün heç də asan olmacaq" - Kənan Məstəliyev

"Bu oyun Qarabağ üçün heç də asan olmacaq" - Kənan Məstəliyev

Sabah UEFA Çempionlar Liqası pley-off mərhələsində “Qarabağ” “Nyukasl” ilə üz-üzə gələcək. İlk qarşılaşma saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

 

Hər kəsin səbirsizliklə gözlədiyi bu oyun öncəsi məhz "İnformator.az" olaraq reportaj hazırladıq. Belə ki, saytımıza müsahibə verən azərkeşlər arasında "Qarabağ"ın qalib gələcəyinə inananlar da oldu, inanmayanlar da.

 

25 yaşlı Bakı sakini Rəşad Tağıyev “Qarabağ"ın bu mövsüm çox yaxşı çıxış etdiyini və evdə oyun olacağı üçün çox həyəcanlandığını bildirib:

 

"Qarabağ bu mövsüm çox yaxşı çıxış edir. Evdə oyun olacağı üçün çox həyəcanlıyam. Nyukasl güclü komandadır, amma bizim oyunçularımız da öz meydanında çox motivasiyalı olacaqlar. Ümid edirəm, qol vurub qalib gələcəyik".

 

Digər bir azərkeş Elçin Məmmədov da Qarabağın qalib gələyinə böyük inam bəsləyir:

 

"Qarabağın oyunçularına inanıram. Bizim komandamız sürətli və kollektiv oynayır. Məncə, Nyukasl ilə oyunda strategiya və fiziki hazırlıq əsas rol oynayacaq. Hər qol anında stadionda sanki partlayış olur, bu enerjini çox sevirəm. Məncə, 2-1 və ya 3-2 qalib gələcəyik".

 

19 yaşlı Şirvan Şəhər sakini Günay Qurbanova isə, Qarabağın bu oyunda o qədər də uğur qazana bilməyəcəyini qeyd edib:

 

"Bu oyun komandamız üçün çox çətin olacaq. Çünki Nyukasl çox güclü klubdur. Düşünürəm ki, 3-2 və ya 2-1 məğlub olacağıq. Lakin mən də istəyirəm ki, qalib gələk, lakin inandırıcı deyil".

 

Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev isə Nyukaslın güclü rəqib olduğunu, lakin Qarabağın belə rəqiblərlə bacara biləcəyini deyib:

 

"Təbii ki, Qarabağın rəqibi çox güclü klubdur. Nyukasl 145 il yaşı olan nəhəng İngiltərə Premyer Liqası təmsilçisidir. Heyətlərinin 750 milyon yevroya yaxın qiyməti olan bu komanda ilə oynamaq Qarabağ üçün asan olmacaq. Lakin Qarabağ belə rəqiblərlə çox oynayıb, hətta öhdəsindən də gəlib. Düşünürəm ki, rəqibin önə çıxmış müdafiəçilərinin arxasına atılan toplarda biz uğurlu ola bilərik. Ona görə də, sabah keçirilən oyunda Qarabağa inanırıq, güvənirik",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mayıl Soltan

 

 

#yeni #məstəliyev #azərbaycan #heç #kənan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər