Bu qaydanı pozan sürücülər 40 manat cərimə ödəməlidirlər
Bir müddət əvvəl hər gün minlərlə insanın istifadə etdiyi Bakı-Sumqayıt şossesində Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal Kompleksinə kimi avtobus zolağı çəkildi.
İnformator.az xəbər verir ki, xüsusi zolaq həm avtobusların hərəkətini asanlaşdırmaq, həm də həmin ictimai nəqliyyatdan istifadə edənlərin mənzil başına tez çatmalarını təmin etmək üçün istifadəyə verildi.
Əslində belə avtobus zolaqlarına digər avtomobillərin girməsi qadağandı. Xüsusi saatlar istisna olmaqla. Əks halda, həmin sürücülər üçün cərimə tətbiq olunur.
Amma qaydaları bilərək pozanlar var. Günün istənilən saatında həmin zolaqda digər avtomobilləri görmək olur. Əksəriyəti isə müşahidə kamerasına düşməmək, cərimələnməmək üçün avtobusların arxasında gizlənməyə çalışır.
Məsələ ilə bağlı Daşıyıcı şirkət nümayəndədi Nizam Rzayev açıqlamasında deyir ki, avtobuslarımızın ön və arxa hissəıərində kameralar quraşdırılıb.
“Bu kameralar yolun hərəkət hissəsini lentə alır və avtobus zolağına daxil olan avtomobillər kamera vasitəsi ilə görüntülənir. Biz bu görüntüləri aidiyyatı dövlət qurumlarına təqdim edirik. Görümtülər əsasında yol hərəkət qaydasınl pozmuş sürücülər inzibatı məsuliyyətə cəlb edilə bilər”.
Bakı şəhər Dövlət Yol Polisi idarəsindən isə deyildi ki,hələlik ərazidə olan müşahidə kameralarından əldə edilən görüntülər əsasında cərimələr tətbiq olunur.
“Cərimənin məbləği 40 manatdır. Xırdalandan Bakıya doğru çəkilən avtobus zolağından digər nəqliyyat vasitələrinin istifadəsi isə günün istənilən saatında qadağandır”.
Gülnar Ələmdarqızı
