00:00:00
Yazar
Admin User
18.11.2023 17:00 258 1 dəq oxuma
Sosial

Bu qışın sərt keçəcəyi barədə proqnoz doğrudurmu?

Bu qışın sərt keçəcəyi barədə proqnoz doğrudurmu?

Noyabr ayı daxil olduqdan sonra, sanki özü ilə birgə qışın soyuğunu da gətirib.

 

İnformator.az xəbər verir ki, bir neçə gün davam edən güclü küləklər, yağıntı və bu gün müşahidə edilən soyuq hava qışa hazırlıq məsələsini gündəmə gətirib.

 

Belə ki, Qışın sərt keçəcəyi ilə bağlı ehtimallar yüksək olduğundan cavabdeh qurumlar indidən hərəkət keçib. Paytaxtın bütün rayonları üzrə tədbirlər planı hazırlanıb, vəzifə bölgüsü aparılıb, cavabdeh şəxslərə müəyyən istiqamətlərdə tapşırıqlar verilib. Bundan başqa duz-qum ehtiyatları, qar təmizləyən texnikalar nəzərdən keçirilib.

 

Azərbaycana soyuq hava kütləsi əsasən qonşu Türkiyədən və Gürcüstandan daxil olur. Bu haqda məlumatı isə əvvəlcədən əldə etmək mümkündür.

 

Məsələ ilə bağlı ekoloq Amil Məmmədov açıqlamasında deyir ki, Azərbaycanın yerləşdiyi ərazi Qafqaz regionudursa, Gürcüstan Respublikası ilə də qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

 

“Çünki Gürcüstan höküməti üçün də vacibdir ki, Xəzər istiqamətindən hansı hava kütlələri Gürcüstana gələ bilər. Eyni zaman da Türkiyənin çox inkişaf etmiş hidrometroloji sistemi olduğuna görə qardaş dövlət kimi onlar da bizə bu barədə öz dəstəyini verir”.

 

Hazırda adıçəkilən ölkələrdən qışın sərt keçəcəyi ilə bağlı hər-hansı məlumat daxil olmayıb. Amma ekoloqlar deyir ki, təxminən 15-20 gündən sonra dəqiq proqnoz əldə etmək mümkün olacaq.

 

Gülnar Ələmdarqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər