00:00:00
Yazar
Admin User
05.02.2026 16:10 49 2 dəq oxuma
İdman

“Bu qələbə “Şamaxı”nın şanslarını artırıb”

“Bu qələbə “Şamaxı”nın şanslarını artırıb”

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Şamaxı"ya qarşı ilk oyununda məğlub olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu qələbə "Şamaxı"nın şanslarını artırıb:

 

"Çünki gözlənilməz bir nəticə qeydə alınıb. "Qarabağ" daha güclü tərəfdir. Sadəcə "Qarabağ" sıx oyun qrafiki, yəni bir neçə cəbhədə mübarizə səbəbindən belə matçlara adətən ikinci heyəti buraxır. Bu dəfə də belə olub. Artıq bir neçə dəfə şahid və əmin olduq ki, "Qarabağ"ın hazırkı ikinci heyəti rəqabətə davamlı deyil. Hətta say baxımından zəif komandalarla qarşılaşanda da mübarizə apara bilmirlər və məğlub olurlar. Bu "Kəpəz"matçı da belə olub. Bundan əvvəlki matçlarda da bir neçə dəfə belə qeydə alınıb. "Qarabağ" ikinci heyətlə iki top buraxaraq hesabda geri düşsə də, sonradan Qurban Qurbanovun müdaxiləsi ilə əsas heyətin beş oyunçusu oyuna daxil olub və onlar hesab arasındakı fərqi azaldıblar. Düşünürəm ki, "Şamaxı"nın şansları artsa da, "Qarabağ" cavab qarşılaşmasında hələ də favoritdir. Xüsusi bir fors-major olmasa və "Qarabağ"oyuna ciddi yanaşsa, rahatlıqla növbəti mərhələyə yüksələ bilər. "Şamaxı" o qədər də güclü azərkeş dəstəyinə malik deyil, çünki "Şamaxı" futbol şəhəridir. Ümumiyyətlə, "Şamaxı"da futbolun olması maraqlı bir məqamdır. Orda futbol ənənələri çox zəif olub. İndi də elə davam eləyir. Amma yenə də 500-600 nəfər azarkeşin gəlməyi komandaya müsbət təsir edir. Bu gün də biz buna şahidlik etdik".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər