Bu türk ölkəsində 2000-dən çox məhkum əfv edilib
Qazaxıstanda Konstitusiyanın 30-cu ildönümü münasibətilə əfv fərmanı ilə 2000-dən çox insan azadlığa buraxılıb.
“İnformator.az” xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamenti məlumat yayıb.
“Qadınlar və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla 2000-dən çox insan cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb”, - məlumatda qeyd olunub.
Məlumata görə, əfv fərmanına ümumilikdə 11.000 məhkum daxil edilib.
