00:00:00
Yazar
Admin User
22.09.2023 14:57 514 2 dəq oxuma
Sosial

"Bu tarixi anlar unutdurulmamalıdır"

"Bu tarixi anlar unutdurulmamalıdır"

“Bu gün olduqca əhəmiyyətli, tarixi hadisələrin şahidi oluruq. Bu hadisələrin dəyəri gələcək zamanda daha çox bilinəcək. Sadəcə, isti-isti olduğuna görə, bunun mahiyyətini ictimaiyyət dərindən dərk edə bilmir”.

 

Bu sözləri İnformator.az-a təhsil eksperti Elmin Nuri deyib. Onun sözlərinə görə, 24 saat müddətində əldə etdiyimiz qələbəmiz - antiterror tədbirləri, bundan öncə 44 günlük müharibədə əldə edilən zəfər - bunların hər biri Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.

 

“Bu qələbə 300 ilə yaxın bir dövrlük həsrətin sonudur. Bu tarixi qələbələrin, proseslərin orta məktəb dərsliklərində istifadəsi çox mühimdir. Hər bir şagird öz Şanlı Qələbəsini daha dərindən öyrənməlidir. Doğrudur, 2 ildir ki, məktəblərin 9-cu siniflərində ,,Zəfər tarixi” fənni tədris edilir. Məktəbin tarix müəllimləri bu fənni müntəzəm qaydada şagirdlərə aşılayır. Amma düşünürəm ki, bu ildən etibarən, sözügedən dərsliklərə ciddi əlavələr edilməlidir. 24 saata əldə edilən möhtəşəm antiterror tədbirlərimiz, uğurlarımız, qələbələrimiz orada yer almalı, dərsliklərimizin həcmi qalınlaşmalıdır. Elə proseslər olur ki, onun əhəmiyyətini sonradan dərk edirik. Buna görə də gələcək nəsillərin zəfər dərsliyindən faydalanması çox önəmlidir".

 

Ekspert hesab edir ki, bu dərsliklər hazırlanarkən, milli, mənəvi özünüdərk, zəfər təbliğatı, milli ruh və s. kimi proseslər daha çatımlı dərəcədə əks etdirilməlidir: "Biz bunlarla kifayətlənməməliyik. Eyni zamanda ibtidai siniflərdə də Zəfər tarixi, 44 günlük müharibə, Fərrux dağı qələbəsi və s. qələbələrimiz, ən önəmlisi isə 19 sentyabr qələbəmiz tədris edilməlidir. Bu formalaşma özünü ibtidai sinifdən tapmalıdır. Arzu edərdim ki, ibtidailər üçün də onların səviyyəsinə uyğun bir tərzdə əlavə zəfər dərslikləri dərc edilsin. Düşünürəm ki, torpaqlarımızın işğaldan azad edilməsi, Şanlı Qələbələrimiz, tarixi əhəmiyyət kəsb edən günlərin hər biri, məktəblərdə möhtəşəm təntənə ilə qeyd edilməli, bu tarixi anlar unutdurulmamalıdır”.

 

HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər