Bu, tarixi əhəmiyyətli dönüş nöqtəsidir
Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir.
"İnformator.az" xəbər verir ki, bu sözləri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində videomüraciətində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
