"Bu transfer Real üçün ciddi itki olacaq"
"Real" hazırda dövrünün ən çətin vaxtlarını yaşayır. Alonso "Real"ı əksər komponentdə Ançelotti "Real"ına uduzur".
Bu sözləri "İnformator.az"a açıqlamasında idman eksperti Rövşən Binnətli deyib.
Ekspertin sözlərinə görə, geriləmənin başlıca səbəbi heyətdə klubun səviyyə ağırlığına cavab verməyən futbolçuların olmasıdır :
"Təbii ki, klubda belə futbolçuların olması komandanın gücünə mənfi təsir edir. Ancaq Valverde "Kral klubu"nda oynamağı haqq edən futbolçulardan biridir. Bu mənada, transfer layiqli əvəzləyici tapılmadan gerçəkləşərsə, "Real" üçün ciddi itki olacaq",-deyə o qeyd edib.
Ekspert əlavə edib ki, Valverde istedadlı futbolçudur, ancaq bu o anlama gəlməməlidir ki, istənilən klubda "Real"dakı kimi uğurlu çıxış edəcək. Bu daha yaxşı da ola bilər, amma bunun əksi də istisna deyil.
Amin Cavayev
