Bu xəstəlikləri olanlar, çox gəzməyin!
Gəzməyin, idman etməyin insanlara bir sıra faydaları var, hətta bəzi xəstəliklərin qarşısını belə ala bilir. Bəs, çox gəzməyin, idmanın kimlərə əks-təsiri var?
Bu barədə"İnformator.az"a məlumat verən travmotoloq-ortoped Rauf Muxtarov həddindən artıq çox gəzməyin, idmanın bu şəxslər üçün ziyanlı olduğunu deyib: "Ürək, ağ ciyər xəstəlikləri olan, təzəlikcə insult və yaxud infarkt keçirən xəstələr, şəkər xəstələri, oynaq xəstəliklərinə həddindən artıq çox gəzmək, idman etmək məsləhət görülmür. Həmçinin, ağ ciyər, yəni bronxial astma, pnevmoniya və yaxud xroniki ağ ciyər xəstələrikləri olanlra da, çox gəzmək ziyandır. Məsləhət görülür ki, bu xəstəlikləri olan insanlar normal qaydada yürüyüş etsin".
NİGAR XƏLİLZADƏ
