00:00:00
Yazar
Admin User
30.05.2023 16:22 260 1 dəq oxuma
Sosial

Bu yaşda siqareti tərgidənlərin ömrü 10 il uzanır

Bu yaşda siqareti tərgidənlərin ömrü 10 il uzanır

Ümumdünya Səhiyyə Təşkilatı 30 yaşlarında siqareti tərgitmiş insanların ömrünün siqaret çəkməyə davam edənlərlə müqayisədə təxminən 10 il artdığını, qan dövranının isə təxminən 2-12 həftə ərzində yaxşılaşdığını bildirib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər il tütündən istifadə səbəbindən 8 milyondan çox insan həyatını itirir. Onların 1,3 milyonu tütün məhsullarından istifadə etmədiyi halda tüstüsünə məruz qalanlardır.

 

Qeyd edək ki, tütün məhsulları tək sağlamlığa deyil, həm iqtisadiyyata, həm də ekologiyaya ziyan vurur. Aparılan araşdırmalara görə, tütün məmulatlarının istifadəsi nəticəsində iqtisadi itki hər il 1,4 trilyon dollar təşkil edir.

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər