00:00:00
Yazar
Admin User
27.08.2025 17:51 98 1 dəq oxuma
İdman

Bu yığma Avropa çempionatının 30 illik rekordunu qırıb

Bu yığma Avropa çempionatının 30 illik rekordunu qırıb

Litva yığması inanılmaz nailiyyətlə basketbol üzrə Avropa çempionatının tarixinə düşüb.

"İnformator.az" xəbər verir ki, avqustun 27-də Litva Böyük Britaniya ilə oyunla (94:70) EuroBasket 2025-in açılışını edib. Bu qarşılaşmada Yonas Valançinasın başçılıq etdiyi Litva yığmasının oyunçuları 57 ribaund toplayaraq qitə birinciliyinin yeni rekordçusu olub.

Litvalılar Rusiya millisinin 30 illik rekordunu (54 ribaund) yeniləyib, bu rekordu 2013-cü ildə Xorvatiya millisi təkrarlayıb. İngilislərlə matçda ən çox ribaundları Valançiunas (9) toplayıb.

2025-ci il Avropa çempionatının növbəti oyununda Litva millisi Monteneqro ilə üz-üzə gələcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər