Buffon 2018-ci ildə karyerasını başa vuracaq
İtaliya millisinin qapıçısı Canluici Buffon karyerasını başa vuracağı vaxtı açıqlayıb
İtaliya millisinin qapıçısı Canluici Buffon karyerasını başa vuracağı vaxtı açıqlayıb.
İnformator xəbər verir ki, 37 yaşlı qolkiper \"DÇ-2018\"in final mərhələsindən sonra karyerasını başa vuracağını deyib: \"Əgər \"DÇ-2018\"in heyətinə daxil edilsəm, məmnuniyyətlə mundiala gedəcəm. Ancaq bu turnirdən dərhal sonra karyeramı başa vuracam\" - deyə Buffon bildirib.
Qeyd edək ki, 2001-ci ildən \"Yuventus\"da çıxış edən Buffon 1997-ci ildə İtaliya millisində debüt edib.
